Daha 13 koronavirus xəstəsinə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 13 koronavirus xəstəsinə cinayət işi açılıb

10:39 - 08 / 12 / 2020
Daha 13 koronavirus xəstəsinə cinayət işi açılıb

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Onlardan 13 nəfəri yaşadığı evə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 13 nəfər barəsində cinayət işi başlanıb.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər