“Cəbrayılda “palatka” toyu edəcəyəm” - Şəhidin son arzusu - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cəbrayılda “palatka” toyu edəcəyəm” - Şəhidin son arzusu - VİDEO - FOTO

16:51 - 09 / 12 / 2020
“Cəbrayılda “palatka” toyu edəcəyəm” - Şəhidin son arzusu - VİDEO - FOTO

Rüstəmovlar ailəsi doğma torpaqları Cəbrayıldan 1993-cü ilin avqustunda köçkün düşüb. Əvvəlcə, o zamankı Əli Bayramlı şəhərində məskunlaşan ailə daha sonra Bakıya köçür. Hər cür çətinlikdən, sınaqdan keçərək iki oğul böyüdürlər. İllər sonra həmin övladlardan birini elə çıxdıqları torpaqlar uğrunda şəhid verirlər.

1news.az bildirir ki, ARB Xəbər-də şəhidlə bağlı geniş süjet yayımlanıb.

Aidə Haqverdiyeva - Şəhid anası: "Cəbrayıldan 6 aylığında qucağımda çıxıb. Gətirmişəm Əlibayramlıda məskunlaşmışıq. 28 ildə yaşadığı ömrü torpaq uğrunda yaşadı. 28 ildəki arzularımızı tank üstündə həyata keçirdi. Oğlumla fəxr edirəm".

Valeh Rüstəmov - Şəhid atası: "Cəbrayıl alınandan sonra mənə zəng elədi ki, ata, torpağımız alındı. Allah qoysa sizi gəlib aparacam ora. Toyu da orada edəyəcəyik. Dedim, hə, Allah qoysa, bala".

Aidə Haqverdiyeva - Şəhid anası: "Narahat olma, ana. Torpağınızı azad eləmişəm, gözünüz aydın. Gələcəm, atama de ki, hazırlaşsın. Gedib Cəbrayılda, Alakoxalıda "palatka" toyu edəcəm. Mənnən fəxr edəcəksiz. Mən sizin başınızı uca edəcəm. Elədi də. Dedi ki, ana, mən şəhid olmaq istəyərəm. Şəhid olmaq fəxrdir. Allah o şəhidliyi mənə də qismət eləsin. O, hər adama qismət olmur".

Şövqü Rüstəmov - Şəhidin qardaşı: "Oktyabrın 9-zu Füzulidən xalamoğlunu gətirirdilər, onu gözləyirdik. Qardaşımla əlaqə saxladım, onun da vəziyyətin öyrənim. İki gün sonra xalamoğlu ilə qardaşımı bir yerdə gətirdilər".

Vətən müharibəsinin ilk günündən irəlidə olan və qələbəni gətirən Şuşa döyüşünə qədər öndə vuruşan xaloğlulardan Vüsal bu dünyadan subay getsə də, xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi döyüşən Təhmasibin 9 aylıq övladı qaldı. Şəhid övladı, başın həmişə ucadı! Şəhid atası qədər.

1news.az

Paylaş:
489

Son xəbərlər

Azadlıq prospektində baş verən yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22“Ağ çiçəyim” yanır - VİDEO15 / 05 / 2024, 23:52Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər