İcra başçısının müavini koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısının müavini koronavirusdan vəfat edib

10:56 - 09 / 12 / 2020
İcra başçısının müavini koronavirusdan vəfat edib

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb, o xəstəxanada müalicə alırdı.

49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.

2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.

1news.az

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər