Avtobuslarda maskadan istifadə etməyən 533 nəfər cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobuslarda maskadan istifadə etməyən 533 nəfər cərimələndi

12:16 - 09 / 12 / 2020
Avtobuslarda maskadan istifadə etməyən 533 nəfər cərimələndi

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib.

DİN Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 30-dan dekabrın 6-dək tarixlərdə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub. Eləcə də bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”dən irəli gələn tədbirlər davam etdirilir.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər