Xarici universitet diplomlarının tanınması ilə bağlı 322 müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici universitet diplomlarının tanınması ilə bağlı 322 müraciət olub

12:22 - 09 / 12 / 2020
Xarici universitet diplomlarının tanınması ilə bağlı 322 müraciət olub

Noyabr ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı 322 vətəndaş müraciət edib. Müraciət edənlərdən 219 nəfər barədə müsbət, 103 nəfər bərədə isə mənfi qərar qəbul edilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, mənfi qərarla yekunlaşan nəticələrin böyük əksəriyyətinin səbəbi tədris yükünü ödəmək üçün təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi və ya tədris dilinin qənaətbəxş hesab edilməməsi olub.

Daxil olan müraciətlərdə MDB-yə üzv olan, Gürcüstan və Türkiyənin ali təhsil müəssisələrində təhsil alanlar üstünlük təşkil edir. Statistikaya əsasən, hüquqşünaslıq, biznesin idarəedilməsi, tibb, təhsil elmləri, iqtisadiyyat və digər ixtisas istiqamətləri üzrə müraciət edənlər daha çoxdur.

Qeyd edək ki, hazırda ölkə ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir.

Paylaş:
385

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər