Azərbaycanda 10 dekabra olan COVID-19 statistikası AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 10 dekabra olan COVID-19 statistikası AÇIQLANDI

16:52 - 10 / 12 / 2020
Azərbaycanda 10 dekabra olan COVID-19 statistikası AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18006, ötən müddət ərzində isə ümumilikdə 1902584 test götürülüb.

Qafar Ağayev

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər