Deputat: “YAŞAT” Fondunun yaradılması şəhidlərimizə olan yüksək ehtiram, diqqət-qayğının göstəricisidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “YAŞAT” Fondunun yaradılması şəhidlərimizə olan yüksək ehtiram, diqqət-qayğının göstəricisidir

09:37 - 10 / 12 / 2020
Deputat: “YAŞAT” Fondunun yaradılması şəhidlərimizə olan yüksək ehtiram, diqqət-qayğının göstəricisidir

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (YAŞAT) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı son 17 ildə bütün həssas təbəqələri əhatə edən sosial siyasət sahəsində vətəndaşlarımızın problemlərinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti diqqət və qayğının əyani sübutudur”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. 

Deputat bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı Cənab Prezidentin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə təkcə 2019-cu ildə 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat birdəfəlik ödənişlərin olunması bu siyasəti davamlı olaraq dövlətin prioritet sahəsinə çevirmişdir.

“İndiki dövrdə, Vətən müharibəsini qalibiyyətlə başa vurduğumuz Azərbaycan tarixində ilk dəfə olaraq ərazilərimizin işğaldan təmizlənməsi ərəfəsində, Cənab Prezident tərəfindən belə bir fərmanın imzalanması xüsusilə önəm kəsb edir və bu müzəffər Azərbaycan Ordusunun qalib əsgərləri, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiram, diqqət-qayğının göstəricisidir.

Ümumiyyətlə, şəhidlər, onların ailə üzvləri, müharibə əlilləri, veteranlar və bu kimi həssas təbəqədən olan insanlarımız hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunub, onlara ölkənin birinci şəxsi ilə yanaşı Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən də yüksək diqqət göstərilib. Bir müddət əvvəl Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi iştirakçıları, əlillər və veteranlarla keçirdiyi görüş və orada Mehriban xanımın hər bir görüş iştirakçısı ilə fərdi qaydada görüşüb söhbət etməsi, onların problemləri ilə maraqlanması hər birimizin xatirindədir. Eyni zamanda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi gündən indiyə qədər neçə-neçə şəhid ailəsi, Qarabağ müharibəsi əlili, veteranının ümid yerinə çevrilib, yüzlərlə bu təbəqədən olan vətəndaşımız Fondun hesabına müalicə olunub, yaxud digər problemləri həll edilib”. 

“Cənab Prezidentin fərmanı ilə YAŞAT Fondunun yaradılmasında bir məqama da diqqət çəkmək istərdim” - deyə, M.Əfəndiyev sözlərinə əlavə edib:

“Belə ki, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən edilib, bu da həmin qurumun kifayət qədər şəffaf və perspektivli fəaliyyət göstərəcəyini deməyə əsas verir. Onu da qeyd edim ki, “Asan Xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu baxımdan Azərbaycanın brendi hesab edilən “ASAN Xidmət”in “YAŞAT” Fondunun vəsaitinin sərəncamçısı kimi müəyyən edilməsi Fonda, həmçinin ora toplanan vəsaitlərin şəffaf şəkildə sərf ediləcəyinə olan etibarlılığı artıracaq”. 

1news.az 

Paylaş:
622

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər