Döyüş meydanında şücaət göstərən şəhid Vüsal Rzayev dəfn edildi – VİDEO – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Döyüş meydanında şücaət göstərən şəhid Vüsal Rzayev dəfn edildi – VİDEO – FOTO

15:40 - 11 / 12 / 2020
Döyüş meydanında şücaət göstərən şəhid Vüsal Rzayev dəfn edildi – VİDEO – FOTO

Şəhid Rzayev Vüsal Tofiq oğlu. 50 gündən çox itkin olan şəhidimiz 10 dekabr 2020-ci il tarixində torpağa tapşırıldı.

1news.az xəbər verir ki, Vüsal 14 aprel 1996-cı ildə Şabran rayonunda anadan olub. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgərlik zamanı hər zaman nizam-intizamı ilə fərqlənib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Hərbi xidməti dövründə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günündən Rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqənin düşmən işğalından azad edilməsində iştirak edib. 14 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Vüsal hər zaman arzu edib ki, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etsin. Şəhidimizin atası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müzəffər Ordumuza 28 illik həsrətə son qoyulduğu üçün təşəkkür edib.

Şəhidimiz ilə vida mərasimi zamanı, Hərbi Hava Qüvvələrimizin qırıcıları Zəfər paradı üçün səmada üç rəngli bayrağımızı nümayiş etdirirdilər və bu an Vüsalın valideyinləri kədər və qürur hissini eyni anda yaşamış olduqlarını bildirdilər.

Şəhidimiz 10 dekabr 2020-ci il tarixində Xətai rayonunda yerləşən şəhidlər xiyabanında dəfn edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

1news.az

Paylaş:
1567

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb26 / 07 / 2021, 18:01Prezident İlham Əliyev AK Partiya sədrinin birinci müavinini qəbul edib26 / 07 / 2021, 18:00“YAŞAT” Fondu şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir - VİDEO26 / 07 / 2021, 17:58ADA-nın “Yay düşərgəsi” Azercell-də! - FOTO26 / 07 / 2021, 17:45“Patı”dan istifadə hallarının artmasının səbəbi açıqlanıb26 / 07 / 2021, 17:43Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunacaq?26 / 07 / 2021, 17:36Döyüşlərin getməsi barədə məlumatların heç bir əsası yoxdur - MN26 / 07 / 2021, 17:21FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT26 / 07 / 2021, 17:18Dövlət Dəniz Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib26 / 07 / 2021, 16:55Ötən gün koronavirus əleyhinə 432 vaksin vurulub - STATİSTİKA26 / 07 / 2021, 16:46Koronavirus Azərbaycanda: 272 yoluxan, 3 ölən var - STATİSTİKA26 / 07 / 2021, 16:43“Teatr və kinoteatrların açılması müzakirə olunur”26 / 07 / 2021, 16:29Peyvənd oluna bilməyən şəxslərə əks-göstəriş sertifikatı veriləcək26 / 07 / 2021, 16:23Yeni ailə quranlara vaksinasiya olunmaq tövsiyə edilir - TƏBİB rəsmisi26 / 07 / 2021, 16:19“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər26 / 07 / 2021, 16:14AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb26 / 07 / 2021, 16:12Prezidentin köməkçisi: “Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq”26 / 07 / 2021, 15:56Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb26 / 07 / 2021, 15:43Şahmar Mövsümov vətəndaşlara çağırış etdi26 / 07 / 2021, 15:31“İrəli” rebrendinq keçirib - FOTO26 / 07 / 2021, 15:26
Bütün xəbərlər

Next TV