Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var - FOTO

10:01 - 11 / 12 / 2020
Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var - FOTO

Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, "Suzuki Vitara" markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus "Ural" markalı avtomobillə toqquşub. Nəticədə "Suzuki"nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər