Müdafiə Nazirliyindən şəhid olan hərbi qulluqçuların siyahısıyla bağlı daha bir AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyindən şəhid olan hərbi qulluqçuların siyahısıyla bağlı daha bir AÇIQLAMA

18:25 - 14 / 12 / 2020
Müdafiə Nazirliyindən şəhid olan hərbi qulluqçuların siyahısıyla bağlı daha bir AÇIQLAMA

Müdafiə Nazirliyi şəhid olmuş hərbi qulluqçuların siyahısını yeniləyib.

Nazirlikdən 1news.az-a bildirlib ki, Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir.

Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Qafar Ağayev

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər