Azərbaycanda birinci kimlər vaksinasiya olunacaq? - TƏBİB-dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda birinci kimlər vaksinasiya olunacaq? - TƏBİB-dən açıqlama

16:54 - 15 / 12 / 2020
Azərbaycanda birinci kimlər vaksinasiya olunacaq? - TƏBİB-dən açıqlama

Azərbaycanda koronavirusa qarşı vaksinasiya birinci ən yüksək risk qrupuna daxil olan insanlar arasında aparılacaq.

1news.az xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, risk qruplarının başında səhiyyə işçiləri gəlir. Onun sözlərinə görə, ikinci 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir. O qeyd edib ki, dünyada bu təcrübədən istifadə olunur və böyük ehtimalla Azərbaycanda da bu təcrübə nəzərə alınacaq.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər