Evi tərk edən daha 51 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Evi tərk edən daha 51 koronavirus xəstəsi saxlanıldı

10:31 - 15 / 12 / 2020
Evi tərk edən daha 51 koronavirus xəstəsi saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə onlardan 47 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər