Bakıda ev yanıb

Bakıda ev yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə, dam örtüyü 2 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1news.az
373