Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

13:45 - 16 / 12 / 2020
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 17-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz  təşkil edəcək.

Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  

Havanın temperaturu  gecə 1-6,  gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər