Azərbaycanda 5 siyasi partiya ofislə təmin olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 5 siyasi partiya ofislə təmin olunub - FOTO

14:13 - 16 / 12 / 2020
Azərbaycanda 5 siyasi partiya ofislə təmin olunub - FOTO

Azərbaycanda siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

Qafar Ağayev

 

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər