YAŞAT əməkdaşları yaralananlar və şəhid ailələri ilə görüşməyə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

YAŞAT əməkdaşları yaralananlar və şəhid ailələri ilə görüşməyə başlayıb - FOTO

15:08 - 16 / 12 / 2020
YAŞAT əməkdaşları yaralananlar və şəhid ailələri ilə görüşməyə başlayıb - FOTO

YAŞAT Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar.

"ASAN xidmət"dən verilən məlumata görə, bu məqsədlə müvafiq əməkdaşlardan ibarət 69 qrup formalaşdırılıb və onlar aidiyyəti üzrə təlimlərə cəlb olunub. Həmçinin qruplar zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.

Prosesdə YAŞAT Fondunun və "ASAN xidmət" mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. YAŞAT Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

Həyata keçirilmiş tədbirlər çərçivəsində bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.

YAŞAT Fondunun "Çağrı" Mərkəzi və elektron platforması qısa zamanda fəaliyyətə başlayacaq.

Bu günə qədər YAŞAT Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 10 milyon manatdan çoxdur. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq.
 
 
1news.az
Paylaş:
495

Son xəbərlər

İlham Əliyev: “Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır”08 / 06 / 2024, 17:47Leysan xarakterli yağış yağıb, duman olub - Faktiki hava08 / 06 / 2024, 17:38Ötən ay “qara bazar”da dəyəri 13 milyon manat olan narkotik dövriyyədən çıxarılıb08 / 06 / 2024, 17:34İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub08 / 06 / 2024, 17:24Azərbaycan Prezidentinin şərəfinə rəsmi nahar verilib08 / 06 / 2024, 17:08Azərbaycan basketbol millisi ikinci oyununda da qalib gəlib08 / 06 / 2024, 16:44Misir Prezidenti: Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləyirik08 / 06 / 2024, 16:32Butan Kralı COP29-a dəvət olundu08 / 06 / 2024, 16:17“Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar”08 / 06 / 2024, 15:53Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - FOTO08 / 06 / 2024, 15:38İlham Əliyev: “Mütləq rəqəmlər hələ ki bizi qane etmir”08 / 06 / 2024, 15:30DTX İrandan narkotik daşınan marşrutları AÇIQLADI08 / 06 / 2024, 15:25Prezidentlər mətbuata bəyanatla çıxış ediblər - FOTO - YENİLƏNİB08 / 06 / 2024, 15:08İlham Əliyev Misir Prezidentini COP29-a dəvət edib08 / 06 / 2024, 14:54“Qafqaz Qartalı - 2024” təlimində gecə vaxtı tapşırıqlar icra edilib - VİDEO08 / 06 / 2024, 14:35Azərbaycan-Misir sənədləri imzalanıb08 / 06 / 2024, 14:19FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi08 / 06 / 2024, 13:39Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb08 / 06 / 2024, 13:10Basketbol üzrə Azərbaycanın millisi Ermənistanı məğlub edib08 / 06 / 2024, 12:48Azərbaycan və Misir Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib08 / 06 / 2024, 12:41
Bütün xəbərlər