Sumqayıtda 4 ağac kəsilib, təbiətə 1560 manat dəyərində ziyan dəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 4 ağac kəsilib, təbiətə 1560 manat dəyərində ziyan dəyib

17:16 - 16 / 12 / 2020
Sumqayıtda 4 ağac kəsilib, təbiətə 1560 manat dəyərində ziyan dəyib

Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 4 ağacın kəsildiyi və təbiətə 1560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt şəhər prokurorluğuna göndərilib”.

B.Məhəmmədov yaşıllıqların qayğısına qalan və onların mühafizəsinə həssas münasibət göstərərək Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkür edib.

Qafar Ağayev

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər