FHN Suqovuşan su anbarını nəzarətə götürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Suqovuşan su anbarını nəzarətə götürüb

09:50 - 16 / 12 / 2020
FHN Suqovuşan su anbarını nəzarətə götürüb

Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb: "Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir".

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər