Böyük Britaniyada təqaüdlü ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Böyük Britaniyanın “King`s College London” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, magistratura səviyyəsi üzrə elan olunan “The Alexandros Petersen Scholarship” təqaüd proqramının müddəti 1 ildir. Proqramda iştirak etmək istəyənlər üçün 18 dekabr 2020-ci il son müraciət tarixidir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Qafar Ağayev
385