Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başladı

12:53 - 17 / 12 / 2020
Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başladı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən 1news.az-a verilən məlumatda bildirilir ki, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər