Səlcuq Bayraktar: Türk milli texnologiyalarının Azərbaycanın zəfərindəki rolundan qürur duyuruq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlcuq Bayraktar: Türk milli texnologiyalarının Azərbaycanın zəfərindəki rolundan qürur duyuruq

17:10 - 18 / 12 / 2020
Səlcuq Bayraktar: Türk milli texnologiyalarının Azərbaycanın zəfərindəki rolundan qürur duyuruq

“Gənc yaşlarımızdan Qarabağ qəlbimizdə dərin bir yara oldu”.

Bu sözləri Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar Bakıda keçirilən beynəlxalq onlayn konfransda çıxışı zamanı deyib.

“Azərbaycan ordusunun şücaəti bu yaranı sağaltdı. Bu qələbədə Türk milli texnologiyalarının rolunun da olması bizim üçün çox qürurvericidir.

Zəfər uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun şad olmasını istəyirəm. Yaşasın ordularımız! Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!”- deyə, Bayraktar vurğulayıb.

F.Bağırova

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər