Bakı sakinlərinə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinlərinə XƏBƏRDARLIQ

09:51 - 18 / 12 / 2020
Bakı sakinlərinə XƏBƏRDARLIQ

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə Covid-19-a yoluxanlarının sayında kəskin  artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə  əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqa.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur. 

1news.az

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər