Deputat: “Azərbaycan Dövləti koronavirusla mübarizədə yalnız ölkə daxilində deyil, ölkə xaricində də işlər görüb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Azərbaycan Dövləti koronavirusla mübarizədə yalnız ölkə daxilində deyil, ölkə xaricində də işlər görüb”

13:19 - 19 / 12 / 2020
Deputat: “Azərbaycan Dövləti koronavirusla mübarizədə yalnız ölkə daxilində deyil, ölkə xaricində də işlər görüb”

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası yayılır.

Ölkəmiz pandemiya ilə mübarizədə ən öndə gedən ölkələrdəndir. Azərbaycanda bütün tədbirlərin başında vətəndaşların sağlığı, rifahı durur. Bİr çox beynəlxalq tədbirlərdə olduğu kimi Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə görülən işlərdən danışıb.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycadna ilk gündən koronavirusla mübarizə sahəsində önəmli işlər görülüb.

“Kororavirus pandemiyası bütün dünyada davam edir. 10 milyonlarla insan bu virusa yoluxub, təxminən 2 milyona yaxın insan bu virusdan həyatını itirib. Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə koronavirusla mübarizədə effektiv tədbirlərin həyata keçirilməsi üçün dünya üçün nümunəvi bir model təqdim etmişdi. Bildiyimiz kimi hələ pandemiya yeni başlayan vaxtlardan qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasına başlanıldı. Eyni zamanda milli səhiyyəmizin koronavirus pandrmiyasına uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülüb. Modul tipli xəstəxanaların quraşdırılması, Sumqayıtda tibbi maskaların və gigiyenik məhsulların istehsalı müəssisələri yaradılması bu istiqamətdə görülən işlərdəndi. Cənab Prezidentin sərəncamı ilə pandemiya ilə mübarizə ilə bağlı fond yaradıldı və vətəndaşlarımız cənab Prezidentin "Biz Birlikdə güclüyük" şüarından yola çıxaraq həmrəylik göstərib bu fonda yardımlar etdi".


Deputat bildirib ki, Azərbaycan koronavirusla mübarizədə yalnız ölkə daxilində deyil, eyni zamanda ölkə xaricində də işlər görüb.
"Belə ki, bu müddət ərzində Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım edib. Bir dəfə Azərbaycan Hökuməti olaraq, bir dəfə də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan dövləti tərəfindən hər biri 5 milyon dollar olmaqla 2 dəfə Ümumdünya Səhiyyə Təşkilatına yardım edib. Eyni zamanda cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış elədi. Bu xüsusi sessiya BMT tarixində çox nadir hallarda keçirilir. Prezidentimizin koronavirus pandemiyasının qarşısının alınması üçün qlobal tədbirlərin həyata keçirilməsi üçün təşəbbüsü yüksək dəyərləndirildi. 150-dən çox ölkə cənab Prezidentin bu təşəbbüsünü yüksək dəyərləndirərək dəstək oldu. Eni zamanda bu cənab Prezidentimuzə olan hörmətin təzahürü kimi də qiymətləndirilə bilər. Artıq dekabrın 3-də BMT-nin xüsusi sessiyası həyata keçirildi. Bununla da Azərbaycan təkcə ölkə daxilində deyil, qlobal şəkildə də pandemiya qarşı tədbirlərin effektiv keçirilməsi ilə bağlı çağırışlar elədi".

Cavid Osmanovun  sözlərinə görə, Azərbaycan dövlətinin apardığı siyasətin başında vətəndaş amili dayanır.
"Ona görə də digər sferalar ikinci sıraya keçdi. Pandemiya dünya iqtisadiyyatına çox ciddi zərbələr vurur, amma cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan Dövləti vətəndaşların sağlamlığını üstün tutdu. Belə ki, Azərbaycanda çox zəngin sosial paket təqdim olundu. 600000 insana 190 manat birdəfəlik yardımlar verildi, aztəminatlı ailələrin sosial rifanın gücləndirilməsi ilə bağlı sosial yardım alanların sayı 10000 min nəfər artırıldı, özünüməşğulluq proqramının əhatəsi genişləndirildi. Bununla yanaşı Azərbaycan Dövləti tərəfindən sahibkarlara da dəstək verildi, dövlət sektorunda işləyən təxminən 900000 nəfərə şəxs sərt karantinlə bağlı məzuniyyətə buraxılsa da onlara verilən əməkhaqqı vaxtında verildi, özəl sektorda çalışan işçilərin də əməkhaqqı dövlət vəsaiti hesabına ödənildi. Bu Azərbaycan dövlətinin həm qüdrətindən xəbər verir, eyni zamanda iqtisadiyyatın balanslaşması üçün Azərbaycan Dövlətinin sahibkarlara verdiyi dəstəyin təzahürüdür”.

Qafar Ağayev

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər