Mingəçevirdə gizli fəaliyyət göstərən çayxana aşkarlandı

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən çayxananın işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 15 nəfərin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq orada olduqları aşkarlanıb.
İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Qafar Ağayev
384