Yaşayış yerini tərk edən daha 38 koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən daha 38 koronavirus xəstəsi saxlanılıb

10:16 - 21 / 12 / 2020
Yaşayış yerini tərk edən daha 38 koronavirus xəstəsi saxlanılıb

COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20 tarixlərində respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qafar Ağayev 

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər