Bakıya yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq

14:43 - 22 / 12 / 2020
Bakıya yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Dekabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Dekabrın 23-də Abşeron yarımadasında mülayim cənub-şərq küləyi və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

1news.az

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər