DİN: 25 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 25 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

09:48 - 24 / 12 / 2020
DİN: 25 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. 

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

S.Xankişiyeva

 

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər