Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək – QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək – QƏRAR

11:42 - 26 / 12 / 2020
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək – QƏRAR

Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul edib.

Qurumdan 1news.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.

S.Xankişiyeva

 

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər