Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib

17:29 - 28 / 12 / 2020
Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib

Urmiya gölünün sahəsi 2785 kvadrat kilometrdən çox genişlənib ki, bu da qeydə alınmış minimum həcmlə müqayisədə iki dəfə artım deməkdir.

1news.az xəbər verir ki, bunu Urmiya gölünün Bərpası üzrə  Qərargahın rəhbəri Fərhad Sərxoş deyib.

"Hazırkı vəziyyət 2014-cü illə müqayisədə 100 %-dən çoxdur. Suyun həcmi 3 260 milyard kubmetri keçib ki, suyun həcmi 2015-ci illə müqayisədə və gölün bərpası istiqamətində praktik tədbirlərə başlamazdan əvvəlkindən 5 dəfədən çox artıb".

Qeyd edək ki, İran hökuməti 10 illik plan çərçivəsində 2015-ci ilədək 80%-i quruyan Urmiya gölünün bərpa proqramına başlayıb. 2021-ci ilin dövlət büdcəsində gölün bərpası üçün yalnız 498 milyon tümən vəsait ayrılıb.

1news.az

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər