Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir - VİDEO

17:24 - 29 / 12 / 2020
Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir - VİDEO

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Qafar Ağayev

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər