Azərbaycanda ilk dəfə “Playback” teatrı janrında tamaşa hazırlanıb - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə “Playback” teatrı janrında tamaşa hazırlanıb - VİDEO - FOTO

12:10 - 29 / 12 / 2020
Azərbaycanda ilk dəfə “Playback” teatrı janrında tamaşa hazırlanıb - VİDEO - FOTO

Azərbaycanda ilk dəfə “Playback” teatrı janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.

1news.az-ın məlumatına görə, bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.

Sosial çarx Gənclər Fondunun maliyyə dəstəyi ilə “Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı” layihəsi çərçivəsində hazırlanıb.

Layihə zamanı sosial çarx ilə yanaşı psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu ilə 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gənclərlə, o cümlədən gənc müəllimlərlə “bullinq” mövzusunda seminarlar keçirilib.

“Addım” GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə “Şah Mat” tetarının istedadlı kollektivinə təşəkkür edir.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər