Sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin məbləği artırıla bilər - Nazir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin məbləği artırıla bilər - Nazir

12:22 - 29 / 12 / 2020
Sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin məbləği artırıla bilər - Nazir

Azərbaycanda koronavirusla bağlı verilən 190 manatın gələn il üçün müyyən 196 manat məbləğində yaşayış minimuna çatdırılması məsələsinə hökumətdə baxıla bilər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

S.Babayev bildirib ki, bu il birdəfəlik ödəmə yaşayış minumumuna uyğun verildi. Onun sözlərinə görə, əgər növbəti ildə də sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin də 196 manat müəyyən edilən yaşayış minumumu həddinə çatdırılması məsələsinə hökumətdə baxıla bilər.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər