Xaricdən edilən sifarişləri yeni fəaliyyətə başlayacaq portal vasitəsilə də bəyan etmək mümkün olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdən edilən sifarişləri yeni fəaliyyətə başlayacaq portal vasitəsilə də bəyan etmək mümkün olacaq

17:41 - 30 / 12 / 2020
Xaricdən edilən sifarişləri yeni fəaliyyətə başlayacaq portal vasitəsilə də bəyan etmək mümkün olacaq

Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

Bu barədə komitədən 1news.az-a məlumat verilib.

Xatırladaq ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı “Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub “Ana səhifə”dəki “Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.

Qafar Ağayev

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər