Daxili İşlər Nazirliyindən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyindən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT

17:46 - 30 / 12 / 2020
Daxili İşlər Nazirliyindən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT

Daxili İşlər Nazirliyi bayram günləri münasibətilə əhaliyə müraciət edib.

1news.az müraciəti təqdim edir:

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk. 

Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.    

Hər birinizə gözəl bayram ovqatı arzulayırıq” – deyə, müraciətdə deyilir.

Qafar Ağayev

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər