Karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO

10:27 - 30 / 12 / 2020
Karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Polis əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayonun Səfikürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi- Şəmməd Məmmədov və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər