3 şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edilib - Sərəncam | 1news.az | Xəbərlər
Cəmiyyət

3 şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edilib - Sərəncam

12:04 - 30 / 12 / 2020
3 şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edilib - Sərəncam

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılmış və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir.

Bu barədə 1news.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bu şəxslər:
2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı,

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı,

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin!

Qafar Ağayev

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər