Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

14:09 - 01 / 01 / 2021
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər