Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

18:10 - 02 / 01 / 2021
Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

Dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər