Teymur Rəcəbov erməni rəqibini məğlub etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Teymur Rəcəbov erməni rəqibini məğlub etdi

10:29 - 03 / 01 / 2021
Teymur Rəcəbov erməni rəqibini məğlub etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.

1news.az xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5). Finalın ikinci qarşılaşması bu gün keçiriləcək.

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Qafar Ağayev 

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər