Bakıda ağacları kəsən restoran sahibi həbs olundu: Nazirlik 1news.az-ın məqaləsinə reaksiya verdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağacları kəsən restoran sahibi həbs olundu: Nazirlik 1news.az-ın məqaləsinə reaksiya verdi - FOTO

16:57 - 04 / 01 / 2021
Bakıda ağacları kəsən restoran sahibi həbs olundu: Nazirlik 1news.az-ın məqaləsinə reaksiya verdi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1news.az-ın bir gün əvvəl, yəni yanvarın 2-də veb saytında yerləşdirdiyimiz “Bakı qəsəbəsindəki ağaclara nə oldu?” başlıqlı məqaləyə reaksiya verib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən 1news.az-a bildirilib ki, Biləcəri ərazisindəki ağaclar barədə 2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə daxil olmuş məlumat əsasında həmin vaxt araşdırma aparılıb.

Nazirlikdən bildiriblər ki, araşdırma zamanı Binəqədi qəsəbə bələdiyyəsindən icarəyə götürülmüş "Bulaq" restoranının həyətində müxtəlif diametrli 69 ədəd şam ağacının dibinə kimyəvi maddə tökülməsi nəticəsində qurudularaq məhv edildiyi aşkar olunub.

Mövcud vəziyyətlə bağlı akt tərtib edilib, təbiətə 57360 manat məbləğində ziyan dəydiyi müəyyənlışdirilib, ziyan məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Məlumat üçün bildiririk ki, restoranın sahibi Quliyev Eldar təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib, təbiətə dəymiş ziyanın məbləğinin tam hissəsi "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"na ödənilib.

Timur Rzayev

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər