Bakı sakinindən altı kiloqramdan çox heroin götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinindən altı kiloqramdan çox heroin götürülüb

17:39 - 04 / 01 / 2021
Bakı sakinindən altı kiloqramdan çox heroin götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkarlanaraq götürülüb.

Qafar Ağayev 

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər