“Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi” - Əsirlikdən azad edilən hərbçi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi” - Əsirlikdən azad edilən hərbçi

16:30 - 05 / 01 / 2021
“Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi” - Əsirlikdən azad edilən hərbçi

Noyabrın 9-da sinəmdən güllə yarası aldım, ayın 10-da əsir götürüldüm.

1news.az xəbər verir ki, bunu erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Anar Əliyev deyib.

O bildirib ki, Ermənistanda xəstəxanada olarkən erməni həkimlər onlara dəhşətli işgəncələr veriblər: "Erməni əsgərlərindən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi. Rezinlə vururdular, qolumuzu yandırırdılar. 12 gün Yerevanda xəstəxanada oldum, dəhşətli işgəncələrə məruz qaldım.
Dekabrın 14-də gözümüzü bağladılar və bizi təyyarəyə mindirdilər. Gördük ki, uzun illərdir əsirlikdə olan Dilqəm və Şahbaz da təyyarədədir. Özümdən çox onların azad olunmasına sevindim".

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər