Milli Məclisinin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisinin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

11:59 - 06 / 01 / 2021
Milli Məclisinin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.

Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 15-də başa çatacaq.

Qafar Ağayev 

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər