Təhsil İnstitutuna yeni direktor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil İnstitutuna yeni direktor təyin edilib

11:42 - 07 / 01 / 2021
Təhsil İnstitutuna yeni direktor təyin edilib

Təhsil İnstitutuna yeni direktor təyin edilib.

1news.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifə Rüfət Əzizova həvalə olunub.

Məlumat üçün bildirək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Yaxın saatlarda Təhsil naziri yeni direktoru Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Qafar Ağayev

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər