“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır – FOTO – VİDEO

09:45 - 11 / 01 / 2021
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır – FOTO – VİDEO

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

1news.az-ın verdiyi xəbərə görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur.

Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

“YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin!

S.Xankişiyeva

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər