Pandemiyaya görə bu qədər işsiz vətəndaşa yardım edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiyaya görə bu qədər işsiz vətəndaşa yardım edilib

09:59 - 11 / 01 / 2021
Pandemiyaya görə bu qədər işsiz vətəndaşa yardım edilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.

1news.az-ın məlumatına görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".

Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: "Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".

Qafar Ağayev 

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər