Xızıda fəaliyyət göstərən kafe aşkarlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda fəaliyyət göstərən kafe aşkarlandı - VİDEO

10:33 - 11 / 01 / 2021
Xızıda fəaliyyət göstərən kafe aşkarlandı - VİDEO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Qafar Ağayev 

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər