Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

16:45 - 12 / 01 / 2021
Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı R.Ələkbərovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

İcarədar və müştərilər xüsusi karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

Qafar Ağayev

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər