“Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub” - Məleykə Abbaszadə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub” - Məleykə Abbaszadə

14:34 - 14 / 01 / 2021
“Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub” - Məleykə Abbaszadə

“Bir il ərzində nəzarətçi müəllimlər sertifikatlaşdırılmadan keçirilib”. 

1news.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, nəzarətçilərin qiymətləndirilmə meyarlarına gəldikdə, həmin nəzarətçilər son 10 il ərzində mütəmadi imtahanlarda iştirak edən, nəzarət etdikləri otaqlarda imtahanlar zamanı köçürmə halı aşkarlanmayan, qeyri-kafi qiymət almayan və yekun qiyməti 4 olan (hər bir nəzarətçi müəllimin işi imtahan rəhbəri protokolunda qiymətləndirir), ən azı 15, son 2 il ən azı 3 qəbul imtahanında iştirak edən müəllimlərdir. Belə kriteriyalara uyğun gələrək təşəkkürnamə alan nəzarətçilər 80 rayon və şəhərdə seçilib. Bu nəzarətçilərlə bağlı məlumat məktəblərə, təhsil şöbələri və Təhsil Nazirliyinə göndərilir: “Təltif olunan nəzarətçilər arasında fəxri fərmana layiq görülən 38 müəllimdir. Həmin müəllimlərin son 5 ildə fəaliyyəti yüksək qiymətləndirilib, ən azı 25 imtahanda iştirak edib. 600-dən yuxarı bal toplayan şagirdlər həmin nəzarətçilərin fəaliyyətini yüksək qiymətləndirib. 12 il ərzində 363 belə müəllim təltif olunub. Ötən ilki imtahanlarda iştirak edən 50 nəzarətçi müəllim Vətən Müharibəsində də iştirak ediblər. Onlar müəllimlik borcunu yerini yetirdikdən sonra cəbhədə vuruşublar.  4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin”. 

1news.az

Paylaş:
407

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər