Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

09:41 - 15 / 01 / 2021
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Yanvar ayının 14-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Qafar Ağayev 

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər